send link to app

Qoor: Seçimini məhdudlaşdırma app for iPhone and iPad


4.4 ( 6544 ratings )
Food & Drink Lifestyle
Developer: Qoor Digital Solutions
Free
Current version: 1.0.7, last update: 9 months ago
First release : 08 Nov 2022
App size: 69.81 Mb

Vaxt itirmədən ən uyğun restoranı, kafeni, kofe shop-u, pub-ı filterləyərək tap.

Səni başa düşürük, bəzən əyləncə yaşaya biləcəyin, bəzən sadəcə tək başına oturub düşünəcəyin məkanlar istəyirsən. Ona görə bu sahənin ekspertləri olaraq sənə hansı ruh halında olursa ol, sadəcə bu ruh halını yaşaya bilməyin üçün məkanları təklif edirik. Qoor sənə saniyələr içində məkan tapmağın üçün şərait yaradır.

Bəzən elə olur ki, düşünürsən ki, bu gün hansı coffee shop-da işləyim. Artıq bu şeyləri düşünməyə vaxt itirmə, biz sənin üçün bunları düşünmüşük, sadəcə daxil olub, filteri ver, sənə məkanları verək, istədiyini seç və işlərinin effektivliyini iki dəfə artır.

Bəzən də elə olur ki, deyirsən ki, bu gün friday night-dı bəs bu gün hara gedək. Bunu dostlarınıza soruşduğunuz kimi elə bizə soruşsaz, sizə ən gözəl məkanları təklif edə bilərik. Sizə sadəcə qalan şey gedib, orda əylənmək olacaq.

Məkana gedməmişdən öncə menu-ya baxmağı yəqin ki, hamımız istəyirik. Hər zaman istədiyimiz yemək, orda olmaya bilir. Ona görə Qoor-dan gedəcəyin məkanı yoxlamaq çox məntiqli bir qərar ola bilər.

Bir şey də deyək ki, yəqin getdiyin məkanlardan biraz endirimlər almaq da yəqin xoşuna gələr. Ona görə gedəcəyin məkana öncədən Qoor-dan bax, bəlkə endirim də aldın.

Sənin vaxt itirməməyin üçün də əlimizdən gələni etmişik. Yaxın məkanlara gedmək üçün Qoor map üzərindən məkanların sənə yaxınlığına da baxa bilərsən.

Bir də yəqin ki məkana gedməmişdən öncə ora ilə bağlı bəzi fikirləri də oxumaq istəyərsən. Əylənəcəm deyib də, sonra xoşbəxt olmayaraq məkandan çıxmağını istəmərik. Ona görə də gedməmişdən öncə mütləq rəyləri oxu. Hətta rəylər sənə kifayət etmirsə, məkanın instagramına keçib, ordan da əlavə fikir ala bilərsən.

Hələ ki, son kartlarımızı oynamamışıq, qalan möhtəşəm rahatlıqlar üçün application-u yükləyib, özün də bizimlə bir yerdə application-u kəşf edə bilərsən.